Ekoloji çirklənmənin fəsadlarına qarşı mübarizə yolları müzakirə edilib
2024-cü il noyabrın 17-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilionunda “Qan Donorları Assosiasiyası” İctimai Birliyi “Ekologiyanın insan sağlamlığında rolu” mövzusunda yan tədbir keçirib. Tədbirin əsas məqsədi ekoloji çirklənmənin insan sağlamlığına vurduğu ziyanın müzakirəsi olub.
“Qan Donorları Assosiasiyası”nın rəhbəri
Fuad Əsgərov mövzunun aktuallığı barədə geniş bəhs edib. Ekspertlər Dilşad Musa, Orhan Çınarın iştirakı ilə müzakirələr müxtəlif istiqamətlərdən baxış bucaqları təqdim edilməklə, davam etdirilib.