ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Vərəmlə mübarizədə ekoloji təmiz texnologiyalar müzakirə olunub
18 NOYABR 2024 - 22:52

2024-cü il noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Beynəlxalq Stop Vərəm” və “Sağlamlığa Xidmət” İctimai Birliyinin tərəfdaşlığı ilə “Elm və texnoloji innovasiyalar vərəmlə mübarizəyə yaşıl rəng verir” mövzusunda yan tədbir təşkil olunub.  
Müzakirədə innovativ vərəm diaqnostika texnologiyaları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, vərəm diaqnostikasını ilkin tibbi yardım səviyyəsinə qədər çatdırmağa imkan yaradan texnoloji təşəbbüslərin genişləndirilməsinə ehtiyac var. Bu texnoloji təşəbbüslər həm xəstəliklərə nəzarəti gücləndirir, həm də davamlı səhiyyə həlləri təqdim edərək karbon emissiyalarını azaldır. 
Bu tip müasir avadanlıqlar süni intellektdən istifadə edərək günəş enerjisi ilə qidalanmaqla, bir çox digər texnoloji yeniliklərə sahibdir.
Müzakirələrdən sonra sual-cavab sessiyası baş tutub.
Qeyd edək ki, diaqnostik  avadanlıqlar COP29 çərçivəsində “Beynəlxalq Stop Vərəm” Tərəfdaşlığı tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə hədiyyə olunacaq.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl