Yaşıl innovasiyalar və iqlim mövzusunda yan tədbir olub
2024-cü il noyabrın 17-də COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi “Yaşıl dialoq: innovasiya və beynəlxalq əməkdaşlıq platforması” layihəsi çərçivəsində növbəti panel müzakirəsini təşkil edilib.
“Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin nümayəndəsi Sənan Ağayevin moderatorluğu ilə Afrika Diplomatiya və Beynəlxalq Əlaqələr Məktəbinin vitse-prezidenti, Afrika Gənclərinin İnkişafı Fondunun rəhbəri Tunji Asaolu, Bakı Dövlət Universitetinin keyfiyyət təminatı üzrə rektor müşaviri Asiman İlyasov və GEM CRS təşkilatının icracı direktoru Liya Bayramova iştirak ediblər. Paneldə iqlim təhsili və maarifləndirmə mövzusunda ətraflı müzakirələr aparılıb.