ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı yan tədbir keçirilib
18 NOYABR 2024 - 23:21

2024-cü il noyabrın 17-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı yan tədbir keçirib. 
Tədbirdə vaxtı ilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Togo, Mavritaniya, Zimbabve, Zambia və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak ediblər.
Tədbirdə keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilərək, Afrika qitəsi üçün yaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr bu regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələləri əhatə edib.
Tədbirdə iştirak etmiş Afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq, həmin dövlətlərin müstəmləkəçi siyasətindən vaz keçə bilmədiklərini və kolonializmin yeni təzahürlərini icra etməyə cəhd etmələrini pisləyiblər. Bu xüsusda, Fransa dövlətinin bu siyasəti nəticəsində Afrikanın Sahel bölgəsindən qovulduğunu vurğulayıblar. Dekolonizasiya prosesinin uğurlu olması üçün onun kağız üzərində deyil, əməllərlə sübut olunmalı olduğunu vurğulayan iştirakçılar, dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin labüdlüyünü qeyd ediblər. Afrika təmsilçiləri müstəmləkəçilikdən əziyyət çəkmiş xalqların nümayəndələri kimi hazırda müstəmləkəçilik altında olan bölgələrin tezliklə dekolonizə edilməsinin vacibliyini ifadə ediblər. 
Qeyd edək ki, yan tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlı qrant müsabiqəsində qalib olan Bakı Təşəbbüs Qrupunun layihəsi çərçivəsində keçirilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl