ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

COP29 çərçivəsində “Könüllülərin ekoloji düşərgəsi”nə yekun vurulub
18 NOYABR 2024 - 23:54

2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda "ASAN Könüllüləri" Təşkilatının “Könüllülərin ekoloji düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib. 
Tədbir çərçivəsində reallaşdırılan panel sessiyada iqlim dəyişmələrinin cəmiyyətə təsiri müzakirə olunub.
Sessiyada Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova, Prezident yanında Vətəndəşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Nazilə Hüseynova, Özbəkistan Könüllülər Assosiasiyasının rəhbəri Şirin Abidova və qurumun İdarə heyətinin üzvü Laziz Nigmanov çıxış ediblər. Tədbirdə layihənin hesabat videoçarxı izlənilib və iştirakçılar təəssüratlarını bölüşüblər. 
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qalibidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl