Uşaq və gənclərdə ekoloji şüurun gücləndirilməsinə dair yan tədbir keçirilib
2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaqlar və gənclər – sağlam ətraf mühit və təhsil” adlı yan tədbir keçirib.
Müzakirələri zamanı iştirakçılar gənclər arasında ekoloji şüurun artırılması, səhiyyə sisteminə əlçatanlıq və təhsil sahəsində innovativ yanaşmaların tətbiqi kimi mövzular ətrafında ətraflı müzakirələr aparıblar.