15 ölkədən QHT-lər iqlim dəyişmələri ilə mübarizədə fəal yaşıl iştirakçılıq üzrə tərəfdaşlıq şəbəkəsi qurur
2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” “İqlim dəyişmələri ilə mübarizədə gənclərin fəallığı və təhsil imkanları” adlı konfrans keçirib. Konfransda 15 ölkədən QHT rəhbərləri, ekspert və ekofəallar iqlim fəaliyyətləri, onun yan təsirləri ilə mübarizədə gənclərin fəal iştirakı, təhsil imkanları və davamlı əməkdaşlığa dair təqdimatlar ediblər.
Müzakirələrin yekununda iştirakçı ölkələrin QHT liderləri, ekspert və ekofəallarının iştirakı ilə “İqlim dəyişmələri ilə mübarizədə fəal yaşıl iştirakçılıq üzrə” Tərəfdaşlıq Şəbəkəsinin qurulması nəzərdən keçirilib.