İqlim dəyişmələrinin sağlamlıq hüquqlarına təsiri müzakirə olunub
2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “İqlim dəyişmələrinin reproduktiv sağlamlıq hüquqlarına təsiri ilə əlaqəli COP29 Qlobal Xülasəsi”nin təqdimatı keçirilib. Təqdimatı Asiya-Sakit Okean Qadın Resurs və Tədqiqat Mərkəzi (ARROW), “Gender Hub Azərbaycan” və “Cənub Qadınlarının Səsi” (WOSSO) təşkilatı birgə təşkil edib.
ARROW-nun baş proqram rəhbəri Danika Kastillonun moderatorluğu ilə keçirilən panel müzakirəsində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə direktoru Mariam A.Xan, WOSSO-nun nümayəndəsi Fitriyyə İskəndər, ARROW proqram rəhbəri Sanskriti Şresta iqlim və reproduktiv sağlamlıq məsələləri mövzusunda müzakirələr aparıb.
Tədbir panel müzakirləri ilə davam edib, suallar cavablandırılıb, fikir mübadilələri aparılıb.