ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Yaşıl düşüncəyə əsaslanan elektrik gərginliyini tənzimləyən avadanlıqlara keçid müzakirə olunub
22 NOYABR 2024 - 23:05

2024-cü il noyabrın 21-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyi yaşıl düşüncəyə əsaslanan elektrik gərginliyini tənzimləyən avadanlıqlara keçidlə əlaqədar müzakirə təşkil edib.

Qeyd edilib ki, yeni nəsil invertorlu elektrik tənzimləyicisi gərginliyin süzülməsi və şəbəkədəki reaktiv komponentlərin tam aradan qaldırılması hesabına 20%-ə qədər enerji qənaətinə nail olmağa imkan yaradır.

Layihənin həyata keçirilməsi ilə Azərbaycanda innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi işinə töhfə verilməsi nəzərdə tutulur.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl