COP29 çərçivəsində yaşıl innovasiyaların təşviqinə dair yan tədbir keçirilib
2024-cü il noyabrın 22-də COP29 çərçivəsində Mavi Zonada “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” və Azərbaycan Milli Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunan “Yaşıl innovasiyaların təşviqi: sahibkarların bərpa olunan enerji ilə iqlim dəyişmələri ilə mübarizə üçün gücləndirilməsi” adlı yan tədbir keçirilib.
Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Afrika üçün Kənd Şəhər Tərəfdaşlığı Təşkilatının (RUPFA) ölkə direktoru Justin Ngabu Dzbo, layihə rəhbəri Allen Muhire və digər ekspertlər iqlim dəyişmələri ilə mübarizədə sahibkarlıq mühitinin dəyişilməsi üçün hüquqi yanaşmalar və gələcək perspektivlərlə bağlı mövzularla çıxışlar ediblər.
Qeyd edək ki, yan tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində icra olunub.