Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Forumu keçiriləcək
Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Forumu keçiriləcək. Forumdan öncə Azərbaycan nümayəndə heyəti Özbəkistanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə birgə Daşkənddə Ümummilli Lider Heydər Əliyev Meydanını ziyarət edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin üzvü Azər Allahverənov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev və digər şəxslər Ulu Öndərin abidəsi önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.