Azərbaycan nümayəndə heyəti Səmərqənddə olub
Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti 2024-cü il dekabrın 3-4-də Səmərqənddə olub.
Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının xətti ilə təşkil olunan səfərdə heyət İslam Kərimovun məqbərəsi, Həzrəti Xızır məscidi, Şaxi Zinda Kompleksi, Registan Meydanı, Əmir Teymurun məqbərəsi, Uluqbəy Rəsədxanası, Bibixanım Məscidi və digər tarixi yerlər ilə tanış olub.
Bundan başqa, Səmərqənd şəhərində yerləşən “Dostluq Evi”ndə Özbəkistan QHT-ləri ilə silsilə görüşlər keçirilib. Görüşlərdə təcrübə mübadilələri aparılıb, yeni əlaqələr qurulub.