
Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasında görüş keçirilib
2024-cü ilin dekabrın 6-da Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasında olub.
Görüşdə səfərin yekunları müzakirə olunub, iki qardaş ölkə arasında prioritet istiqamətlər üzrə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi yolları geniş müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti səfər müddətində göstərilən yüksək diqqətə görə təşəkkür edib.
Bununla da səfər başa çatıb.