
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
2024-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.