
Türkman QHT-lərindən ibarət nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
2025-ci il martın 17-də “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu çərçivəsində Azərbaycanda səfərdə olan türkman QHT-lərindən ibarət nümayəndə heyəti Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər.
Daha sonra heyət Şəhidlər xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət edib.