
Qonaqlar konfransdan əvvəl Azərbaycanın sənətkarlıq işləri ilə tanış olub
Bakı Konqres Mərkəzinin dəhlizlərində Azərbaycanın sənətkarlıq işlərindən ibarət sərgi açılıb. Burada Azərbaycan xalçaları, milli oyma və naxışlar, dulusçuluq işləri və digər sənətkarlıq nümunələri yer alır.
Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı mina terrorundan əziyyət çəkən şəxslərin fotolarından ibarət sərgi açılıb. Sərgidə “Gilavar Foto Klubu” Avropa paytaxtlarında nümayiş olunmuş foto əsərləri yer alır. Dəhlizdə həmçinin BMT-nin 18-ci davamlı inkişaf məqsədi kimi dünyada mina təhlükəsizliyinin müəyyən edilməsinə dair Azərbaycanın təşəbbüsünü özündə əks etdirən stend də fəaliyyət göstərir.