
Qlobal Cənub QHT Platforması konfransında sərgiləri nümayiş olunan QHT-lərlə görüş keçirilib
2025-ci il mayın 8-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 28-29 aprel tarixlərində “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində sərgiləri nümayiş etdirilən bir sıra qeyri-hökumət təşkilatlarının sədrləri ilə görüş keçirilib. Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva vətəndaş cəmiyyəti üçün yüksək əhəmiyyət kəsb edən Qlobal Cənub QHT Platformasının ölkəmizdə təsis edilməsinin əhəmiyyətindən bəhs edərək, tədbir çərçivəsində qonaqların marağına səbəb olan sərgiləri təşkil etdiklərinə görə QHT sədrlərinə təşəkkür edib.
Sonda QHT-lərə Agentliyin təşəkkürnamələri təqdim edilib.