ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qlobal Cənub QHT Platforması konfransının könüllüləri ilə görüş keçirilib
08 MAY 2025 - 13:00

2025-ci il mayın 8-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 28-29 aprel tarixlərində “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfransın təşkilində yaxından iştirak etmiş könüllülərlə görüş keçirilib.
Görüş zamanı Agentliyin İcraçı direktoru Aygün Əliyeva könüllülərə Agentliyin əsas fəaliyyət istiqamətləri, vətəndaş cəmiyyətinin inkişafında könüllülərin rolu və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib. 
Daha sonra könüllülərin tədbir haqqında təəssüratları dinlənilib, müzakirələr aparılıb.
Sonda fəaliyyəti ilə fərqlənən könüllülərə təşəkkürnamələr təqdim edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl