
Qubada şəhidlərin döyüş yolu intellektual yarışlarla təbliğ olunur
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin icrasına başlayıb.
İctimai Birliyin sədri Ramin Mahmudov bildirib ki, layihənin məqsədi müharibə iştirakçılarının qəhrəmanlıqlarının, Qarabağda formalaşmış görkəmli tarixi şəxsiyyətlərinin fəaliyyətinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliğidir.
2025-ci il mayın 10-da layihə çərçivəsində Quba rayonunun Aspərəsti kənd tam orta ümumtəhsil məktəbində “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilib.
Yarışda Aspərəsti, Zərqava, İsnov, Kələnov və Gədikqışlaq kəndlərindən olan 30 nəfər yeniyetmə və gənc müəllim 6 komanda tərkibində mübarizə aparıb.
Kələnov kəndini təmsil edən “İstiqlal” komandası birinci yeri qazanıb.
Layihə çərçivəsində Quba rayonunun daha 5 kənd bölgələrində seçim turları keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.