
Qərbi Azərbaycanla bağlı rəsm və şirniyyat hazırlama müsabiqələri keçirilib
“Peşəkar Qənnadıçılar” İctimai Birliyi “Qərbi Azərbaycanın yemək inciləri” layihəsinin icrasına başlanılıb.
2025-ci il mayın 17-də layihə çərçivəsində Bakıda Qərbi Azərbaycanın mətbəxinə dair rəsm və şirniyyat hazırlama müsabiqələri təşkil olunub.
İctimai Birliyin sədri Eynur Nağdəliyev bildirib ki, layihənin məqsədi Qərbi Azərbaycana məxsus zəngin kulinariya ənənələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsidir.
Tədbirin sonunda qaliblər mükafatlandırılıb.
Sonda konsert proqramı təşkil olunub.
Layihə çərçivəsində İstanbulda Qərbi Azərbaycanın mətbəx incilərini təbliğ edən “Gastro Lezzet Sokağı – 2025” adlı beynəlxalq yarış da keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.