
Zərərli vərdişlərə qarşı mübarizəyə dair görüşlər təşkil olunur
"Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara və Onların Ailələrinə Yardım" İctimai Birliyi “Zərərli vərdişlərə qarşı mübarizənin artırılması” layihəsinin icrasına başlayıb.
2025-ci il mayın 20-24-də layihə çərçivəsində Bakı şəhərinin Nizami rayonunda uşaqlar və gənclər üçün təlimlər keçirilib.
Narkotik, siqaret, spirtli içkilər əleyhinə maarifləndirici söhbətlər aparılıb.
İctimai Birliyin sədri Vüsalə Əliyeva bildirib ki, lahiyə çərçivəsində müxtəlif yarışların da keçirilməsi nəzərdə tutulub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.