ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əlilliyi olan şəxslərlə rəqəmsal inkişafa dair təlimlərə başlanıb
27 MAY 2025 - 20:15

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi “Rəqəmsal inkişafla məşğulluq yarat” layihəsinin icrasına başlayıb.

2025-ci il mayın 23-də layihə çərçivəsində təlim təşkil olunub. İctimai Birliyin sədri Səbinə Kərimova bildirib ki, layihə inklüziv cəmiyyətin formalaşmasına və əlilliyi olan şəxslərin ictimai-iqtisadi həyatda aktiv iştirakına töhfə verməyi hədəfləyir.

Təlimdə iştirakçılara rəqəmsal bacarıqlar, onlayn platformalarda iş imkanları, elektron ticarət və rəqəmsal marketinq sahələrində məlumatlar təqdim olunub.

Təlimlər mərhələli şəkildə davam edəcək.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl