
“Sağlam addımlar: artıq çəkiyə son” layihəsi icra olunur
“Sağlamlığın Qorunması” İctimai Birliyi “Sağlam addımlar: artıq çəkiyə son” layihəsinin icrasına başlayıb.
2025-ci il mayın 24-də layihə çərçivəsində “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib.
İctimai Birliyin sədri Yazgül Abdıyeva bildirib ki, layihənin məqsədi ictimaiyyəti piylənmənin sağlamlığa təsiri, onun qarşısının alınması yolları, sağlam həyat tərzinin təbliği və profilaktik tədbirlərin aktuallığı barədə maarifləndirməkdir.
Konfransda professor Kamran Musayev, Dr. Kəmalə Paşayeva, Dr. Xəyyam Eyvazov, Kader Bekmezci Demiralp, t.e.d. Aynur Səfiyeva, Mehtap Şafak və Dr. Xalidə Babayevanın moderatorluğu ilə müzakirələr keçirilib. Piylənmənin insan orqanizmində həm psixoloji, həm fizioloji fəsadlarına dair müxtəlif məruzələr dinlənilib.
Həmçinin yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif təqdimatlar keçirilib.
Sonda mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və sual-cavab sessiyası keçirilib, "Artıq çəki və düzgün həyat tərzi: sağlam gələcək" adlı maarifləndirici videoçarx təqdim olunub.
Konfrans bədii hissə ilə yekunlaşıb.