ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
16 FEVRAL 2022 - 00:00

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyinə Agentliyin növbəti qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi, Qrant müsabiqəsi üçün təqdim edilən layihə sənədlərinin - ərizə, layihə təklifi, xərclər smetası və fəaliyyət planının təsdiqi, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə razılaşdırılmasına dair Təlimatın təsdiq edilməsi, Rəy Komissiyasının dövlət orqanları tərəfindən daxil olan məlumatlar əsasında təqdim etdiyi müraciəti, Agentliyin icraçı direktorunun təqdimatı və cari məsələlər daxil edilib.

İclasda gündəlikdə yer alan məsələlərlə bağlı qərarlar qəbul olunub və cari məsələlər müzakirə edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl