“QHT ziyarətləri” layihəsi çərçivəsində Qəbələdə yerləşən QHT-lərin ofislərində görüşlər keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Qəbələ rayonunda növbəti görüş keçirib.
Layihə çərçivəsində “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” ictimai birliyinin ofisi ziyarət edilib.
“QHT ziyarətin”də Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova və Agentliyin məsul əməkdaşları iştirak ediblər.
Görüş zamanı QHT sədri Qalib Nəbiyev Birliyin fəaliyyəti haqqında geniş məlumat verib. Birliyin təklif və problemləri dinlənilib.