Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi.
Avqustun 5-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi.
İclasda Agentliyin Müşahidə Şurasının iclasının reqlament sənədinin layihəsi və QHT qanunvericiliyində müvafiq dəyişikliklərlə bağlı təkliflər ətrafında müzakirələr aparıldı.
Agentliyin Müşahidə Şurasının iclasının reqlament layihəsi üzrə çıxış edən Müşahidə Şurası üzvləri sənəddə öz əksini tapan ümumi müddəalar, iclasın işinin təşkili qaydası, Müşahidə Şurası üzvlərinin hüquqları, vəzifələri və səlahiyyətləri, müvafiq sənədlərin hazırlanması, müzakirəsi, qəbulu, Muşahidə Şurasında sənədlərin ilkin və yekun müzakirəsi qaydaları, həmçinin bir sıra digər maddələr ətrafından fikir mübadiləsi apardılar. Müzakirələrin yekununda bütün təkliflər nəzərə alınmaqla sənədin yekun variantının hazırlanaraq növbəti iclasa təqdim edilməsi qərara alındı.
Daha sonra QHT qanunvericiliyində dəyişikliklərlə bağlı Müşahidə Şurası üzvlərinin hazırladıqları təkliflər ətrafında müzakirələr aparıldı. Səsləndirilən təkliflər arasında qrantlarla maliyyələşən layihələrin qeydiyyatının sadələşdirilməsi, QHT-lərin qeydiyyata alınması prosedurun təkmilləşdirilməsi və bununla bağlı digər sənədləşmələrin asanlaşdırılması yer alırdı.
Müzakirələrin sonunda qərara alındı ki, qısa zamanda agentlik adından bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər ümumiləşdirilsin və müvafiq qurumlara təqdim edilsin.