“QHT ziyarətləri” layihəsi çərçivəsində Bərdə, Ağcabədi və İmişlidə yerləşən QHT-lərin ofislərində görüşlər keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Bərdə, Ağcabədi və İmişli rayonlarında növbəti görüşlər keçiriblər.
Layihə çərçivəsində Bərdə rayonu "Ekoloji İnformasiya" ictimai birliyi, Ağcabədi rayonu Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi və İmişli rayonu "İnkişaf-2006" Sosial Dəstək ictimai birliklərin ofisləri ziyarət edilib.
“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov və Agentliyin məsul əməkdaşları iştirak ediblər.
Görüşlər zamanı QHT sədrləri Musa Muradlı, Radə Qafarova və Yaqut Süleymanova öz fəaliyyətləri haqqında geniş məlumat veriblər. Onların təklif və problemləri dinlənilib.