"Ailə, qadın, uşaq və gender məsələləri" istiqaməti üzrə qalib olan təşkilatlarla onlayn görüş keçirib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2022-ci il kiçik qrant müsabiqəsinin "Ailə, qadın, uşaq və gender məsələləri" istiqaməti üzrə qalib olan təşkilatlarla onlayn görüş keçirib.
Görüşü açıq elan edən Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova qalib gələn təşkilatları təbrik edib və təşkilatlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Agentliyin layihələr üzrə meneceri Nigar Ağakişiyeva layihələrin icra edilməsi, hesabatlıq qaydaları və təqdim edilən sənədlərin Agentliyin təlimatlarına uyğun icra edilməsi haqqında ətraflı məlumat verib.
Sonra Agentliyin baş mühasibi vəzifəsini icra edən Fariz Budaqov layihələrin xərclər smetası, maliyyə hesabatlılığı və təqdim edilən maliyyə sənədlərinin Agentliyin təlimatlarına uyğun icra edilməsi haqqında məlumat verib.
Çıxışlardan sonra İctimai Birliklər layihə ilə bağlı fikirlərini səsləndirərək, suallarını ünvanlayıblar.