ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib
17 AVQUST 2022 - 00:00

17 avqust tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib.

 Tədbirdə ekoloji yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı video süjet yayımlanıb.

 Tədbirdə çıxış edənlər “Avrasiya Miqrasiya Təşəbbüsləri  Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti  Umud Mirzəyev,  Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli və digər QHT nümayəndələri ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı baş verən hadisəni pisləyərək bildiriblər ki, bütün bunlar Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurmaqdır. Bu proses Azərbaycana və Azərbaycan xalqına qarşı patoloji nifrət bəsləyən ermənilərin həm də təbiətə, təbii sərvətlərimizə, ekoloji mühitə qarşı münasibətinin bariz nümunəsidir. Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir.

 Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciəti səsləndirilib.

 

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl