ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn növbəti iclası keçirilib.
23 AVQUST 2022 - 00:00

23 avqust tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda bəzi QHT-lərin müraciəti əsasında Agentliyin “Qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə  maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ı müzakirəyə çıxarılıb. Müşahidə Şurası üzvlərinin  təklifləri nəzərə alınaraq təlimatın təkmilləşdirilməsi, yaxın günlərdə yekun müzakirə edilməsi barədə qərar qəbul olunub.

Daha sonra Agentliyin icraçı direktorunun təqdimatı əsasında beynəlxalq tədbirlərdə iştirakla bağlı səfər qrantları üçün müraciətlər və cari məsələlər müzakirə edilib. Qaldırılan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl