ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Agentlikdə “İnsan Hüquqları Aylığına” həsr edilmiş “İnsan hüquqlarının qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib.
13 IYUN 2023 - 15:00

13 may 2023-cü il tarixində  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inzibati binasında 18 may -18 iyun tarixlərində ölkəmizdə elan edilən “İnsan Hüquqları Aylığına” həsr edilmiş “İnsan hüquqlarının qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Agentliyin əməkdaşları və hüquq məsələləri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının sədrləri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq hər il “18 iyun Milli İnsan Hüquqları Günü” ərəfəsində təşkil edilən “İnsan hüquqları aylığı” ilə bağlı tədbirin həyata keçirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyətində insan hüquqlarına diqqətin bir qədər də artırılması, bu hüquqların təmini və təbliği məqsədlərini həyata keçirməsindən ibarət idi.


Tədbiri giriş sözü ilə açan Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildirib ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda insan hüquqları sahəsində ilk Dövlət proqramı Prezident Heydər Əliyev tərəfindən təsdiq edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşıb, dövlət başçısı tərəfindən təsdiq edilmiş insan hüquqlarına dair Milli Fəaliyyət Planı və Proqramı ilə insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulub. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də insan hüquqlarına, xüsusilə də uşaq, həssas qrupların hüquqlarının qorunmasına xüsusi diqqət göstərilir. Eyni zamanda bildirilib ki, vətəndaş cəmiyyəti də bu proqramın həyata keçirilməsində daha yaxından iştirak etməli, öz töhfələrini verməlidirlər.


Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının sədrləri hüquqi maarifləndirmə, insan hüquq və azadlıqlarının qorunması mexanizmlərinin təkmiləşdirilməsi, xüsusi müdafiəyə ehtiyacı olan həssas qruplara diqqətin artırılması ilə bağlı təkliflərini irəli sürüblər. Qeyd olunub ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına ali dəyər verilməsinin göstəricisidir. Bu baxımdan da hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalı, bu vərdişlərin yayılmasında səfərbər olmalıyıq.Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl