ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Dövlət Əmək Müfəttişliyi Xidməti ilə görüş keçirilib
31 OKTYABR 2023 - 11:32

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1, və 6.9-cu bəndlərinin ilkin və aralıq nəticələrinin ictimai müzakirəsi keçirilib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü İlqar Orucov və Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə meneceri Natiq Lahıcov və  Agentliyin digər nümayəndələri, DƏMX-in rəis müavini Nərmin Mirzəyeva və qurumun digər məsul şəxsləri, QHT təmsilçiləri iştirak ediblər. 
Görüşdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat diqqətə çatdırılıb, mövzu ilə bağlı çıxışlar edilib, QHT-lərin sualları cavablandırılıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl