ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvanlayıb
27 NOYABR 2023 - 16:00

Müraciətdə deyilir:

“Biz – Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki qardaş ölkənin dövlət başçılarına – Türk dünyasının nəhəng şəxsiyyətləri olan Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə Qarabağdan müraciət etməkdən bəxtiyarlıq duyuruq.
30 ilə yaxın xarabalığa çevrilmiş, tamamilə dağıdılmış Qarabağ torpaqları indi cənnətə çevrilir. Qısa müddətdə görülmüş genişmiqyaslı, nəhəng işlər bütün Türk dünyasını fərəhləndirir.  
Sizlərə müraciəti qəbul etdiyimiz məkan da simvolikdir. Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan təhsil ocağı eyni zamanda Özbəkistan və Azərbaycanın daha bir dostluq və qardaşlıq mərkəzidir. Qarabağın bərpası və quruculuğu işinə Özbəkistanın hədiyyəsi olan bu məktəb həmrəyliyimizin parlaq nümunəsidir. Təsadüfi deyil ki, ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da məhz bu mərkəzdə baş tutub.
Bu gün bütün dünya Özbəkistan və Azərbaycanın dostluğuna, birliyinə, bütün beynəlxalq platformalarda bir-birini necə müdafiə etməsinə şahiddir. Tarixdə heç vaxt Azərbaycan-Özbəkistan münasibətləri bu cür yüksək səviyyədə olmayıb. Bu, məhz Sizlərin xidmətidir – cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyev!
Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu şəxsi nümunəyə, böyük əməyə, Türk dünyasının güclənməsi, Azərbaycan və Özbəkistanın inkişaf etmiş dövlətlərə çevrilməsi naminə tarixi fəaliyyətinizə görə Sizlərə sonsuz təşəkkür edirik!
Məhəmməd Füzulinin uzun əsrlərdən bəri Özbəkistanda qorunub saxlanan əlyazmalarından birini 2022-ci ildə Daşkənddə Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə hədiyyə etdi. Dahi mütəfəkkir-şair Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonunda bu hadisəni xatırlamamaq mümkün deyil. Qədirbilən özbək xalqı özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvainin böyük Nizami Gəncəvinin əsərlərindən ilham almasını, onu “şairlərin şahı” adlandırmasını unutmur.
Özbəkistan və Azərbaycanı çoxəsrlik tarix, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət, dil birləşdirir. Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu möhkəm bünövrə üzərində münasibətləri öz səviyyəmizdə daha inkişaf etdirmək, genişləndirmək əzmini ifadə edirik. Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bir-birimizi daha yaxından tanımaq fürsəti verməklə, ortaq fəaliyyəti təşkil etmək, irəli aparmaq üçün körpü rolunu oynadı.
Bu gün Azərbaycan və Özbəkistan dünya miqyaslı güclü siyasi liderlərinə görə sülh və sabitlik adası kimi sürətlə inkişaf edir. Dünyanın müxtəlif regionlarındakı qanlı hadisələri, toqquşmaları, sonu görünməyən müharibələri ürək ağrısı ilə izləyirik. Bizim ölkələrimiz də bu fəlakətlərə düçar ola bilərdi. Ancaq Azərbaycan və Özbəkistan xalqları müdrik seçimlərində yanılmadılar, onlar ölkələrinin taleyini ancaq Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə etibar etdilər.
Biz Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Sizlərə üz tutaraq bildirmək istəyik ki, apardığınız siyasəti tam müdafiə edirik, Sizlərin yanındayıq!
Biz Azərbaycanı sevirik! Biz Özbəkistanı sevirik!
Yaşasın Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı!”

 

Совместное обращение представителей гражданского общества Узбекистана и Азербайджана к главам государств обеих стран
Мы, представители гражданского общества Узбекистана и Азербайджана, счастливы, что имеем возможность обратиться из Карабаха к выдающимся личностям Тюркского мира, главам братских государств - Президенту Ильхаму Алиеву и президенту Шавкату Мирзиёеву.
Карабахские земли, подвергшиеся разорению и чудовищным разрушениям в результате почти 30-летней оккупации, теперь превращаются в райский край. Широкомасштабные, грандиозные работы, проведенные за короткий срок, приводит в восхищение весь Тюркский мир.
Символично и место, с которого мы принимаем обращение к вам. Учебное заведение в Физули, носящее имя гениального сына узбекского народа Мирзы Улугбека, в то же время является ещё одним центром олицетворения дружбы и братства Узбекистана и Азербайджана. Эта школа, ставшая ценным вкладом Узбекистана в дело восстановления и строительства Карабаха, стала ярким примером нашей солидарности. Не случайно, что именно в этом центре состоялся первый Форум сотрудничества неправительственных организаций Азербайджана и Узбекистана.
Сегодня весь мир является свидетелем дружбы, единства, взаимной поддержки Узбекистана и Азербайджана на всех международных платформах. Отношения между Азербайджаном и Узбекистаном никогда в истории не находились на таком высоком уровне. Это именно Ваша заслуга, господин Президент Ильхам Алиев и господин Президент Шавкат Мирзиёев!
Мы, как представители гражданского общества обеих стран, бесконечно благодарим Вас за личный пример, огромный труд, исторический вклад в дело укрепления Тюркского мира, упрочения позиций Азербайджана и Узбекистана в системе развитых государств!
В 2022 году в Ташкенте Президент Узбекистана подарил Президенту Азербайджана ценный раритет - одну из сохранившихся в Узбекистане вековых рукописей Мухаммеда Физули. Мы с особым благоговением вспоминаем об этом, находясь в Физулинском районе, который носит имя гениального поэта-мыслителя. Братский узбекский народ ценит то, что основоположник узбекской литературы и поэзии Алишер Навои черпал вдохновение в произведениях великого Низами Гянджеви, называя его “шахом поэтов”.
Узбекистан и Азербайджан объединяют многовековая история, общие духовные ценности, религия, схожая культура, язык. Мы, как представители гражданского общества обеих стран, выражаем решимость на этом прочном фундаменте развивать, расширять отношения на уровне общественных объединений. Дав возможность лучше узнать друг друга, Форум Сотрудничества Неправительственных Организаций Азербайджана и Узбекистана стал мостом для укрепления дружбы, организации и продвижения совместной деятельности.
Сегодня Азербайджан и Узбекистан стремительно развиваются как островки мира и стабильности благодаря своим сильным политическим лидерам мирового масштаба. Мы с болью в душе наблюдаем бесконечные кровавые события, столкновения, войны, полыхающие в разных регионах мира. Наши страны тоже могли пострадать от этих бедствий. Однако народы Азербайджана и Узбекистана не ошиблись в своем мудром выборе. Они доверили судьбу своих стран именно Президенту Ильхаму Алиеву и Президенту Шавкату Мирзиёеву.
Мы, как представители гражданского общества Узбекистана и Азербайджана, обращаясь к Вам, заявляем, что полностью поддерживаем проводимую Вами политику. Мы всегда с Вами!
Мы любим Азербайджан! Мы любим Узбекистан!
Да здравствуют азербайджано-узбекская дружба! Да живет в веках наше братство!
 

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl