ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Sabah işə başlayacaq “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Forumun iştirakçıları ilə görüş keçirilib
05 DEKABR 2023 - 19:00

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2023-cü il dekabrın 6-7-də Bakıda və Ağdamda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Forum keçiriləcək.

Bakıya gələn beynəlxalq ekspertlər bu gün mina qurbanları olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatoru Sirac Abışovun və AZƏRTAC-ın jurnalisti Məhərrəm İbrahimovun xatirəsinin əbədiləşdirildiyi memorial abidə kompleksini ziyarət ediblər. Daha sonra qonaqlar Agentlikdə olublar.


Agentliyin icraçı direktoru Aygün Əliyeva işğaldan azad olunmuş ərazilərdə mina probleminin yaratdığı fəsadlar barədə ətraflı məlumat verib və bu problemin aradan qaldırılmasında dövlət orqanlarının vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Qeyd edib ki, Agentliyin elan etdiyi 2024-cü il qrant müsabiqələrində mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə əsas mövzulardan biridir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl