Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Dekabrın 20-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda 2024-cü ilin qrant müsabiqələrinə təqdim edilən layihələrlə bağlı vəziyyət müzakirə olunub. Bildirilib ki, Agentliyə daxil olmuş layihələrin hazırda texniki ekspertizası uğurla davam edir. QHT-lərin bu müsabiqələrə müraciətdə yüksək fəallığı müsbət qiymətləndirilib.
İclasda 2024-cü ildə görüləcək işlər müzakirə edilib, qarşıda duran aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.