ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
30 APREL 2024 - 22:40


Aprelin 29-30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb. 

2 gün davam etmiş təlimlərdə “Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, “Layihənin icra planının hazırlanması” və s. kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb, praktiki qrup işləri təşkil olunub. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspert aparıb.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunub. 
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 300-dən çox QHT iştirak edib. 
Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl