Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında görüş keçirilib
Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında görüş keçirilib
Sabah Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı işə başlayır. Qlobal miqyaslı tədbirdən öncə - mayın 8-də bir sıra Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü keçirilib.
Görüşdə Keniyada “İqlim Fəaliyyəti üzrə Çempion”, “Gənclər Çempionu”, “Smachs Foundation”nun qurucusu, Keniya Respublikasının Prezidentinin qızı Şarlin Ruto (Charlene Ruto), Keniya Milli Gənclər Şurasının Baş icraçı direktoru Marqaret Kioqora, Keniya QHT-lərinin Milli Şurasının bir sıra rəhbər şəxsləri iştirak edib, onlar xüsusilə COP29 barədə maraqlanıblar, Azərbaycanın liderliyi ilə bu mötəbər tədbirin uğurla keçiriləcəyinə tam əminliklərini ifadə ediblər.
Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Sultan Hacıyev, COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin nümayəndəsi Türkan Ələsgərova, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin şöbə müdiri Nigar Hüseynova, COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva, “Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədr müavini Roza Səfixanlı Azərbaycanın yaşıl gündəliyi barədə ətraflı məlumat veriblər.
Görüşdə Azərbaycan QHT-ləri ilə Afrika QHT-ləri arasında bir sıra əməkdaşlıq məsələləri müzakirə olunub.