Azərbaycanın Keniyadakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə anım tədbiri keçirilib
Bu gün Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə anım tədbiri keçirilib. Səfirliyin binasında yaradılmış xüsusi guşədə Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb. Səfir Sultan Hacıyev ümummilli liderin xalqa həsr olunmuş mənalı ömür yolu, tarixi xidmətlərini qeyd edib. Tədbir iştirakçıları Ulu Öndəri dərin minnətdarlıq və ehtiramla yad ediblər.