BMT-nin Vətəndaş Cəmiyyəti Konfransı başa çatıb
Tarixdə ilk dəfə Qlobal Cənubda - Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən BMT-nin Vətəndaş Cəmiyyəti Konfransı başa çatıb. Konfransda 2 gün ərzində 2500-ə yaxın iştirakçı Nayrobidə qlobal mövzuları müzakirə edib. Əsas mövzulardan biri də dünyada iqlim dəyişmələri olub. Konfransın bağlanış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Keniya prezidenti Uillyam Samoei Ruto çıxışlar edib. Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə təşkil olunub.