Şimali Kipr və Azərbaycandan şəhid ailələri QHT-lər xətti ilə qarşılıqlı səfərlərə başlayır
Bu gün “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı konfrans keçirilib.
Konfrans Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Respublikasının “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar konfrans iştirakçılarına videomüraciət ünvanlayıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib ki, qardaş Şimali Kipr Türk Cümhuriyyətindən ilk dəfə şəhid ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən əlaqələrdə mühüm körpüdür. O, layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının QHT-lərə
Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib: “Türk dünyası ilə əlaqədar getdikcə genişlənir. Biz bir ailəyik, kökümüz, dilimiz, dinimiz, yolumuz eynidir. Birlikdə daha güclüyük! Şəhidlərimiz də bir-birimiz üçün müqəddəsdir. Onları sonsuz sevgi, hörmət və ehtiramla anırıq”.