"Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsinin icrasına başlanılıb
Mayın 22-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı əsasında “Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin təşkil etdiyi "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Sənaye Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.
"Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev miqrasiya sahəsində əcnəbi tələbələrin hüquqi maarifləndirilməsi işinin əhəmiyyətini qeyd edib.
Dövlət Miqrasiya Xidmətinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev miqrasiya qaydaları, bu sahədə elektron resurslardan istifadə baracıqlarının artırılması ilə əlaqədar təqdimatlarla çıxış ediblər. Dövlət Miqrasiya Xidmətinin nümayəndələri sualları cavablandırıblar.