ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azərbaycanın “yaşıl enerji” siyasəti” layihəsi çərçivəsində İtaliyada silsilə tədbirlərə başlanıb
28 MAY 2024 - 09:00

Mayın 27-də “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə İtaliyanın tanınmış Peruca Universitetində  “Azərbaycan-İtaliya: yeni enerji siyasəti və ikitərəfli əlaqələr” mövzusunda konfrans keçirilib. “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov tədbirin əhəmiyyəti, inkişaf edən Azərbaycan-İtaliya münasibətləri barədə danışıb. 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın beynəlxalq sistemdə mövqeyi, xarici siyasət prioritetləri və bölgədəki vəziyyətlə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.
Peruca Universitetinin tədqiqatçı-alimləri - Francesco Randazzo, Emilio Cassese, Valentina Chabert və digərləri COP29 ölkəsi olan Azərbaycanın dünyada artan nüfuzunu, Bakı və Roma arasında əlaqələrin müsbət inkişaf dinamikasını qeyd ediblər, mövzu barədə fikirlərini bölüşüblər. 
BMTM-nin şöbə müdiri Cavid Vəliyev, qurumun baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın Avrasiyada Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunun siyasi və iqtisadi aspektlərini izah ediblər.
Konfransda yaşıl enerji ixracatçısı kimi regional mövqeyini getdikcə gücləndirən Azərbaycanın yeni enerji strategiyasının mahiyyəti barədə suallar cavablandırılıb.
Peruca Universiteti 1308-ci ildən fəaliyyət göstərir. Universitetdə 25 min nəfər tələbə təhsil alır, bu qədim təhsil ocağı 1100 nəfər professor və tədqiqatçı heyətinə malikdir. 
Layihə çərçivəsində qarşıdakı günlərdə də İtaliyada müxtəlif tədbirlər təşkil ediləcək.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl