ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Romada Azərbaycanın yaşıl enerji siyasəti müzakirə olunub
29 MAY 2024 - 22:00


Bu gün “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin və  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı, İtaliyanın "İSİA" beyin mərkəzinin tərəfdaşlığı ilə Roma şəhərində Senatda "Azərbaycan, İtaliya, Aİ: əməkdaşlıq və enerji təhlükəsizliyi" mövzusunda Forum keçirilib.
Forumun məqsədi Azərbaycan - İtaliya əməkdaşlığının  daha da inkişafı, Azərbaycanın yeni enerji siyasətinin mahiyyəti və bölgədə yeni reallığın izahıdır. 
Tədbirdə AZPROMO sədrinin müşaviri Sevil Yahyayeva, BMTM şöbə müdiri Cavid Vəliyev, qurumun baş məsləhətçisi Şahmar Hacıyev, İtaliya Asiya İnstitutunun Baş Katibi Domeniko Palmieri, İSİA və Siena Universitetinin tədqiqatçısı Fabio İndeo, ARTE Energy Reseller and Trader Assosiasiyasının prezidenti Marco Ferraresi, İSİA-nın vitse-prezidenti Sergio Divina çıxış edərək yaşıl və ənənəvi enerji, kommunikasiya - nəqliyyat, investisiyalar kimi mövzular üzrə təqdimatlar ediblər. İtaliyalı mütəxəssislər Azərbaycanın rəsmi Roma və Aİ  üçün etibarlı tərəfdaş olduğunu, COP29-un Azərbaycanda keçirilməsinin beynəlxalq nüfuzunun əyani göstəricisi olduğunu qeyd ediblər.
Sonda BPK və İSİA, BMTM və İSİA arasında memorandumlar imzalanıb.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl