“İnklüziv gənclərin əl işlərinə dəstək” adlı festival təşkil olunub
“Peşəkar Qənnadçılar” İctimai Birliyi “İnklüziv gənclərin əl işlərinə dəstək” adlı layihəsi çərçivəsində “Sahil bağı”nda festival təşkil edib.
İctimai Birliyin sədri Eynur Nağdalıyev bildirib ki, layihə inklüziv gənclərin sosial iştirakçılığını artırmaq, yaradıcılıqlarını inkişaf etdirmək, onları peşə əldə etməyə həvəsləndirmək məqsədi daşıyır.
Festivalda 30 inklüziv mərkəz iştirak edib və orada təhsil alan gənclərin hazırladıqları əl işləri sərgilənib.
Festivalın sonunda könüllülərə sertifikatlar təqdim olunub. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.