“Azərbaycan Uşaqları” İctimai Birliyi erkən nikahlar əleyhinə tamaşa hazırlayıb
“Azərbaycan Uşaqları” İctimai Birliyi icra etdiyi ““Uşaq Forum Teatrı” - incəsənət əsaslı öyrənmə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Cehiz sandığı” tamaşasını təqdim edib.
Layihənin məqsədi incəsənət əsaslı öyrənmə metodu olan forum teatrının tətbiqi ilə yeniyetmələrə erkən nihakın mənfi fəsadlarının nümayişidir. Tamaşada “Azərbaycan Uşaqları” İctimai Birliyinin könüllüləri aktyorlar qismində çıxışlar edib.
Teatr tamaşasında erkən nikahla yanaşı, təhsildən kənarqalma, məişət zorakılığı kimi sosial problemlərə incəsənət rakursundan toxunulub.
Layihə çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi və musiqi qruplarının ifası da nümayiş olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.