Makronun zülmündən əziyyət çəkən Fransız Polineziyası QHT-ləri Azərbaycandan kömək istəyir
Mayın 31-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Fransız Polineziyası (Maohi Nui) nümayəndə heyəti ilə görüş keçirilib.
Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycanın müstəmləkəçi dövlətlərin neokolonializm siyasətinə qarşı fəal mübarizə apardığını bildirib. O, bu işdə vətəndaş cəmiyyətinin də roluna diqqət çəkib, qeyd edib ki, 2023-cü ildə təsis edilmiş “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyi qısa müddətdə bu istiqamətdə uğurlu nəticələr əldə edib.
Maohi Nui nümayəndə heyətinin başçısı Viktor Mamatuaiahutapu Fransız Polineziyası ərazisinin Fransanın Nüvə silahının sınaqdan keçirməsi nəticəsində ekoloji böhrana məruz qaldığını, əhalinin sağlamlığının, flora və faunanın ciddi ziyana məruz qaldığını acı təəssüf hissi ilə diqqətə çatdırıb. Ölkəmizin COP29-a ev sahibliyi dönəmində bu kimi problemlərin vətəndaş cəmiyyəti platformasında səsləndirilməsini və orada yaşayan insanların hüquqlarının qorunması, sağlam yaşama hüququnun bərpa olunması istiqamətində Azərbaycan QHT-ləri ilə əməkdaşlıq etmək istəklərini vurğulayıb.
Görüşlərin davam etdirilməsi qərara alınıb.