ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

QHT-lərin beynəlxalq platformalarda təmsilçiliyinin artırılması diqqət mərkəzindədir
01 IYUN 2024 - 16:55

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyəti təmsilçiliyi: reallıqlar və hədəflər” adlı təlim keçirilib. Bakı Biznes Mərkəzində keçirilən təlimdə 50-yə yaxın QHT-dən nümayəndələr iştirak edib.

Təlimdə “COP29 tədbirində qeyri-hökumət təşkilatlarının iştirak prosedurları, hədəflər”, “BMT strukturlarında üzvülük, prosedurlar və imkanlar” kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb. 

Təlimçilər COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə heyətinin sədri Ramil İskəndərli olub.

Agentlik QHT-lərin beynəlxalq platformalarda təmsilçiliyinin artırılması üçün təlimləri davam etdirəcək.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl