“EkoSfera” Ekoloji-Sosial Mərkəzi BMT-nin Beynəlxalq İqlim Konfransında müzakirələrə qatılıb
“EkoSfera” Ekoloji-Sosial Mərkəzi Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransında müzakirələrə qatılıb. İctimai Birliyin rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultanzadə və bu QHT-nin ekoloji proqramlar üzrə koordinatoru Pərvin Əzizli konfrans çərçivəsində iqlim dəyişmələrinin uşaqlara təsirləri üzrə ekspert dialoqu sessiyalarında iştirak ediblər.