ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Naxçıvanda “Qərbi Azərbaycana Qayıdış” mövzusunda konfrans keçirilib
13 IYUN 2024 - 12:00

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyi “Qərbi Azərbaycana Qayıdış” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qərbi Azərbaycana Qayıdış” mövzusunda konfrans keçirilib.

İctimai Birliyin sədri Çingiz Bayramov bildirib ki, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlılar Qərbi Azərbaycana qayıdışın başlayacağı günü gözləyir, buna ürəkdən inanır. Bu baxımdan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir.

Konfrans Qərbi Azərbaycana həsr edilən çıxışlarla davam edib.

Layihə çərçivəsində Gəncə və Qaxda da “Qərbi Azərbaycana Qayıdış” mövzusu ilə bağlı tədbirlər keçiriləcək.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl