ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu baş tutub
13 IYUN 2024 - 13:00

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi Qərbi Azərbaycana qayıdışa həsr olunan “Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” adlı Forum Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilib.

Forumda Buxarest şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri və müvafiq media təmsilçiləri bir araya gəliblər.

İctimai Birliyin sədri Toğrul Allahverdili və digər çıxışçılar qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hisslərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında çıxış edərək, azərbaycanlıların geri qayıtmasının mümkün olacağına inandıqlarını dilə gətiriblər. Panel müzakirələrində çıxışlar dinlənilib.

Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl